Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home turizm Abşeronda 7 mərtəbəli binada yanğın: Sakinlər təxliyə olundu
turizm

Abşeronda 7 mərtəbəli binada yanğın: Sakinlər təxliyə olundu

12-09-2025 23:00 26 Views
IMG

Abşeron rayonu, Mehdiabad qəsəbəsi ərazisində yeddimərtəbəli yaşayış binasında yanğın baş verib.

 

Tvit.az FHN-ə istinadən xəbər verir ki, dərhal əraziyə Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb edilib.

 

Məlumata görə, yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğın genişlənməsinə, habelə digər mənzillərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

 

Yanğın nəticəsində yeddimərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində yerləşən ümumi sahəsi 96 kv.m olan üçotaqlı mənzilin bir otağının yanar konstruksiyaları 16 kv.m sahədə yanıb.

 

Təhlükəsizlik tədbirləri çərçivəsində 2-si azyaşlı olmaqla 15 nəfər bina sakini təxliyə edilib.

 

Mənzilin böyük hissəsi və qonşu mənzillər yanğından mühafizə olunub.