Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home siyasət ABŞ və Qətərin F-35 danışıqlarını yenidən başlatması İsraildə narahatlıq yaradıb
siyasət

ABŞ və Qətərin F-35 danışıqlarını yenidən başlatması İsraildə narahatlıq yaradıb

15-12-2025 23:00 68 Views
IMG

ABŞ və Qətər arasında qabaqcıl F-35 döyüş təyyarələrinin satışı ilə bağlı danışıqların yenidən başlaması İsraildə ciddi narahatlıq yaradıb. 

Tvit.az xəbər verir ki, İsrailin “Channel 12” telekanalının xəbərinə əsasən, Vaşinqton Yaxın Şərqdə bir sıra iri silah sazişlərini nəzərdən keçirir və bu proses İsrailin hərbi üstünlüyünə təsir göstərə bilər.

Bildirilir ki, Doha beş il əvvəl rədd edilən F-35 alışı ilə bağlı müraciətini yenidən gündəmə gətirib. Bu dəfə isə Qətər və ABŞ rəsmiləri arasında artıq ilkin təmasların başladığı qeyd olunur. İsrail tərəfi paralel prosesləri də diqqətlə izləyir. Bunlara ABŞ–Səudiyyə Ərəbistanı arasında mümkün müdafiə sazişi, BƏƏ-yə silah satışlarının yenilənməsi və gələcəkdə Türkiyəyə satış ehtimalı daxildir.

Məluma görə, İsrail regionda ABŞ-ın qabaqcıl silah satışlarının artmasının İsrail Hərbi Hava Qüvvələrinin keyfiyyət baxımından üstünlüyünü zəiflədə biləcəyindən ehtiyat edir. Bu səbəbdən ölkənin müdafiə qurumları ABŞ administrasiyasına təqdim etmək üçün kompensasiya xarakterli imkanlar üzrə tələblər paketi hazırlayır.

Aysel Şirinova