Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home turizm Hədiyyə bəhanəsi ilə oğurluq: Goranboyda 81 yaşlı kişini aldadıblar
turizm

Hədiyyə bəhanəsi ilə oğurluq: Goranboyda 81 yaşlı kişini aldadıblar

17-12-2025 22:00 23 Views
IMG

Goranboy rayonunda 81 yaşlı kişinin yaşadığı mənzildən 7 min manata yaxın pul oğurlanıb.

 

Hadisə rayonun Xanqərvənd kəndində, Zahid Əsgərovun yaşadığı evdə baş verib.

 

Zərərçəkənin qardaşı qızı Kifayət Adilovanın sözlərinə görə, üç nəfər naməlum kişi Zahid Əsgərovun evinə gələrək ona yataq dəsti və saçqırxan maşın hədiyyə edib. Daha sonra isə yaşlı kişinin 7 min manata yaxın pulunu götürərək hadisə yerindən uzaqlaşıblar.

 

Qeyd olunur ki, 81 yaşlı Zahid Əsgərov uzun illərdir Xanqərvənd kəndində tək yaşayır. Onun iki qızı və bir oğlu olub. Oğlu Birinci Qarabağ müharibəsi zamanı itkin düşüb, qızlarından biri isə vəfat edib.

 

Qeyd edək ki, oktyabrın 16-da baş vermiş hadisə ilə bağlı polisə məlumat verilib. Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırmalar davam etdirilir.