Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home sport “Qarabağ”la oyunda “Ayntraxt”a UEFA-dan QADAĞA
sport

“Qarabağ”la oyunda “Ayntraxt”a UEFA-dan QADAĞA

18-12-2025 13:00 25 Views
IMG

UEFA-nın Nəzarət, Etika və İntizam Komitəsi Çempionlar Liqasında “Qarabağ”ın rəqibi olan “Ayntraxt” klubunun azarkeşlərinə qadağa tətbiq edib.

Tvit.az xəbər verir ki, almaniyalı fanatlara Bakıda Azərbaycan təmsilçisinə qarşı keçiriləcək oyunda bilet satılmayacaq. 

Frankfurt təmsilçisi Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyunda dəstəksiz qalacaq. 

Buna səbəb isə onların ötən tur “Barselona” ilə keçirilən səfər matçında priotexniki vasitələrdən istifadə etməsidir. 

Qeyd edək ki, “Qarabağ” – “Ayntraxt” matçı yanvarın 21-i saat 21:45-də keçiriləcək.