Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home dünya Avropa Komissiyasından Rusiyaya qarşı sanksiyaların yumşaldılmasına dair açıqlama
dünya

Avropa Komissiyasından Rusiyaya qarşı sanksiyaların yumşaldılmasına dair açıqlama

16-04-2026 15:00 30 Views
IMG

Rusiyaya qarşı sanksiyaların hər hansı şəkildə yumşaldılması Avropa İttifaqı (Aİ) üçün heç bir fayda verməyəcək.

 

Tvit.az xəbər verir ki, bu barədə Avropa Komissiyasının (AK) nümayəndəsi Paula Pinyo bəyanat verib.

 

Siyasətçi bildirib: "Biz hesab edirik ki, hazırkı məqamda Rusiyaya qarşı sanksiyaların hər hansı formada yumşaldılması, ona qarşı təzyiqin saxlanılması baxımından faydalı deyil"

O, bu fikirləri Vaşinqtonun İran ətrafındakı münaqişə fonunda Rusiya nefti ilə əməliyyatlara verilən müvəqqəti icazəni uzatmamaq qərarını şərh edərkən deyib. Pinyo xatırladıb ki, Amerikanın bu tədbiri ilkin olaraq müvəqqəti xarakter daşıyırdı və yalnız münaqişənin eskalasiyasına qədər göndərilən yüklərə şamil olunurdu.

Bundan əvvəl ABŞ Maliyyə naziri Skott Bessent bəyan edib ki, Birləşmiş Ştatlar Rusiya və İran neftinin alınması üçün lisenziyaların müddətini uzatmaq niyyətində deyil. ABŞ, İranın Hörmüz boğazını bloklaması səbəbindən martın 12-də Rusiya neftinə tətbiq edilən sanksiyaları dayandırmışdı. Həmin lisenziyanın qüvvədə olma müddəti aprelin 11-də başa çatıb.

 

Aysel