Beynəlxalq Cinayət Məhkəməsi tərəfindən axtarışda olan İsrail Baş naziri Binyamin Netanyahu Macarıstana səfər edərsə, həbs olunacaq.
Tvit.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Macarıstanın Baş naziri Peter Magyar bildirib.
“Əgər bir ölkə Beynəlxalq Cinayət Məhkəməsinin üzvüdürsə və həbs qərarı olan bir şəxs həmin ölkənin ərazisinə daxil olarsa, həmin şəxs həbs olunmalıdır”,- deyə Baş nazir əlavə edib.
Elmin Alışov