Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home dünya Rusiya XİN: İrana qarşı əməliyyat qlobal böhrana səbəb olub
dünya

Rusiya XİN: İrana qarşı əməliyyat qlobal böhrana səbəb olub

22-04-2026 10:00 25 Views
IMG

ABŞ və İsrailin İrana qarşı təcavüzü nəticəsində yaranan böhran qlobal səviyyədə ciddi mənfi nəticələrə səbəb olub.

 

Tvit.az xəbər verir ki, bu barədə Rusiya xarici işlər nazirinin müavini Aleksandr Alimov danışıb.

 

"ABŞ və İsrailin İrana qarşı qanunsuz və səbəbsiz təcavüzü nəticəsində yaranan böhran təkcə regional deyil, həm də qlobal miqyasda ciddi mənfi nəticələrə səbəb olub. Enerji və nəqliyyatdan tutmuş gübrə istehsalına qədər çoxsaylı sektorlar təsirlənib. Qlobal enerji qiymətlərinin artması sənaye istehsalına mənfi təsir göstərir və inflyasiyanın sürətlənməsinə səbəb olur. Fars körfəzi ölkələrindən karbamid, kükürd, ammonyak və fosfatların tədarükündəki fasilələr dünyanın bütün bölgələrinin ərzaq təhlükəsizliyini təhdid edir", - deyə o bildirib.

 

Aysel Şirinova