Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home sosial Bakıda 7 marşrutun hərəkət sxemi dəyişdirilir - Səbəb
sosial

Bakıda 7 marşrutun hərəkət sxemi dəyişdirilir - Səbəb

01-05-2026 21:00 28 Views
IMG

Bakının küçə və prospektlərində mayın 4-dək aparılacaq təmir işləri ilə əlaqədar bəzi marşrutların hərəkət sxemi dəyişdirilir.

 

Bu barədə Tvit.az-a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.

 

Qeyd olunub ki, 4 nömrəli marşrut ("Nəriman Nərimanov" m/st istiqaməti): Rəşid Behbudov küçəsi – Füzuli küçəsi - Səməd Vurğun küçəsi – Abbasqulu ağa Bakıxanov küçəsi – Xan Şuşinski küçəsi. Əks istiqamətdə isə Azadlıq prospekti - Mirəsədulla Mirqasımov küçəsi – Mərdanov qardaşları küçəsi - Abbasqulu ağa Bakıxanov küçəsi - Azadlıq prospekti;

 

20 nömrəli marşrut (Uşaq Klinik Xəstəxanası istiqaməti): Rəşid Behbudov küçəsi – Füzuli küçəsi - Səməd Vurğun küçəsi – Abbasqulu ağa Bakıxanov küçəsi – Xan Şuşinski küçəsi – Ənvər Qasımzadə küçəsi - Ceyhun Hacıbəyli küçəsi – Mirəsədulla Mirqasımov küçəsi (son dayanacaq). Əks istiqamətdə isə Mirəsədulla Mirqasımov küçəsi (son dayanacaq) - Mərdanov qardaşları küçəsi - Abbasqulu ağa Bakıxanov küçəsi - Azadlıq prospekti;

 

61 nömrəli marşrut (9-cu mikrorayon istiqaməti): Rəşid Behbudov küçəsi – Füzuli küçəsi - Səməd Vurğun küçəsi – Abbasqulu ağa Bakıxanov küçəsi - Ceyhun Hacıbəyli küçəsi – Mirəsədulla Mirqasımov küçəsi – Səməd Vurğun küçəsi;

 

83 nömrəli marşrut ("Gənclik" m/st istiqaməti): Səməd Vurğun küçəsi - Mirəsədulla Mirqasımov küçəsi – Mərdanov qardaşları - Abbasqulu ağa Bakıxanov küçəsi - Ceyhun Hacıbəyli küçəsi – Vaqif prospekti. Əks istiqamətdə isə Ceyhun Hacıbəyli küçəsi - Mirəsədulla Mirqasımov küçəsi – Səməd Vurğun küçəsi;

 

85 nömrəli marşrut ("28 May" m/st istiqaməti): Azadlıq prospekti - Mirəsədulla Mirqasımov küçəsi – Mərdanov qardaşları küçəsi - Abbasqulu ağa Bakıxanov küçəsi - Azadlıq prospekti. Əks istiqamətdə isə – Füzuli küçəsi - Səməd Vurğun küçəsi – Abbasqulu ağa Bakıxanov küçəsi – Xan Şuşinski küçəsi;

 

88 nömrəli marşrut ("Dərnəgül" m/st istiqaməti): Rəşid Behbudov küçəsi – Füzuli küçəsi - Səməd Vurğun küçəsi – Abbasqulu ağa Bakıxanov küçəsi – Xan Şuşinski küçəsi. Əks istiqamətdə isə Azadlıq prospekti - Mirəsədulla Mirqasımov küçəsi – Mərdanov qardaşları küçəsi - Abbasqulu ağa Bakıxanov küçəsi - Azadlıq prospekti;

 

88A nömrəli marşrut ("Azadlıq prospekti" m/st istiqaməti): Səməd Vurğun küçəsi – Abbasqulu ağa Bakıxanov küçəsi - Ceyhun Hacıbəyli küçəsi ilə hərəkət edəcək.