Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home iqtisadiyyat Ağdam Sənaye Parkında Belarusla birgə istehsal müəssisəsi qurula bilər
iqtisadiyyat

Ağdam Sənaye Parkında Belarusla birgə istehsal müəssisəsi qurula bilər

05-05-2026 19:00 41 Views
IMG

Azərbaycan Belarusla maşınqayırma və müxtəlif təyinatlı sənaye məhsullarının istehsalı sahəsində birgə layihələrin həyata keçirilməsi imkanları müzakirə edib.

 

Tvit.az xəbər verir ki, bununla bağlı müzakirələr iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyevin Belarus Respublikasının sənaye naziri Andrey Kuznetsov ilə keçirilən görüşdə aparılıb.

 

Bu çərçivədə Ağdam Sənaye Parkı ərazisində istehsal müəssisəsinin qurulması perspektivləri nəzərdən keçirilib.

 

Görüşdə Azərbaycan və Belarus iqtisadi əlaqələrinin cari vəziyyəti təhlil olunub, xüsusilə sənaye sahəsində əməkdaşlığın genişləndirilməsi imkanları ətrafında fikir mübadiləsi aparılıb.