Amerikaya məxsus tanker təyyarəsi Birləşmiş Ərəb Əmirliklərindəki (BƏƏ) Əl-Dəfra hava bazasından qalxıb və Qətər üzərində siqnal itib.
Tvit.az xəbər verir ki, bu barədə “Flightradar24” məlumat yayıb.
Məlumata görə, ABŞ hərbi təyyarələrinə hava yanacağı doldurma xidməti göstərən Boeing KC-135 Stratotanker təyyarəsi, Yaxın Şərqdə artan gərginlik fonunda İran yaxınlığındakı Fars körfəzi üzərində uçarkən uçuş zamanı fövqəladə vəziyyətə işarə edən 7700 siqnalını ötürüb.
Uçuş izləmə məlumatlarına görə, təyyarə eniş etmək üçün bir müddət dairəvi hərəkət edib.
Lakin nə ABŞ Mərkəzi Komandanlığı, nə də Pentaqon bu gün Qətər və ya Hörmüz boğazı üzərində KC-135 təyyarəsinin qəzaya uğraması, itməsi və ya təcili vəziyyətlə bağlı heç bir təsdiq təqdim etməyib.
Elmin Alışov