İran ABŞ ilə ədalətli bir razılaşma əldə etməyə hazırdır.
Tvit.az “İSNA” agentliyinə istinadən xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçı deyib.
“Bizə qarşı başlanan müharibə açıq-aşkar təcavüz aktı və beynəlxalq hüququn açıq şəkildə pozulmasıdır. Biz yalnız ədalətli və hərtərəfli bir razılaşmanı qəbul edəcəyik”,- deyə nazir əlavə edib.
Elmin Alışov