Hollivud ulduzu Ancelina Coli keçmiş həyat yoldaşı, aktyor Bred Pittlə şəxsi mesajlarının açıqlanması ilə bağlı məhkəmədə qalib gəlib.
Tvit.az xəbər verir ki, bu barədə “People” nəşri məlumat yayıb.
“Mayın 5-i hakim Pittin vəkillərinin vəsatətini rədd edib. Həmin vəsatətdə Colidən onların şərab zavodu ilə bağlı mübahisəsinə aid 22 mesajın təqdim olunması tələb edilirdi.
Colinin vəkillərinin sözlərinə görə, bu mesajlar vəkil-müştəri məxfiliyi ilə qorunur.
Bu qərarla hakim əvvəlki məhkəmə instansiyasının mesajların məcburi təqdim edilməsi ilə bağlı qərarını ləğv edən apellyasiya məhkəməsinin mövqeyini dəstəkləyib”, - məlumatda bildirilib.