Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home dünya Aİ Rusiya ilə potensial danışıqlara hazırlaşır — Antonio Kosta
dünya

Aİ Rusiya ilə potensial danışıqlara hazırlaşır — Antonio Kosta

07-05-2026 22:00 18 Views
IMG

Avropa İttifaqı (Aİ) Ukraynadakı münaqişənin həlli və qitənin gələcək təhlükəsizlik arxitekturası ilə bağlı Rusiya Prezidenti Vladimir Putinlə potensial danışıqlara hazırlaşır. Avropa Şurasının prezidenti Antonio Kosta bu istiqamətdə üzv dövlətlərlə müzakirələrin aparıldığını təsdiqləyib.

 

​Tvit.az xəbər verir ki, "Financial Times" qəzetinə müsahibə verən Kosta, Brüsselin Moskva ilə birbaşa təmasa keçmək üçün "potensialının" olduğunu bildirib. Onun sözlərinə görə, hazırda 27 üzv dövlətin liderləri ilə işin təşkili və müzakirə olunacaq mövzuların dəqiqləşdirilməsi üzərində iş aparılır.

 

​“Hər kəs bilir ki, bir gün biz Rusiya ilə Avropanın gələcək təhlükəsizlik çərçivəsini müzakirə etməli olacağıq. Lakin hazırda ABŞ Prezidenti Donald Trampın rəhbərlik etdiyi sülh prosesinə mane olmaqdan qaçmalıyıq. Bizim məqsədimiz vaxtı çatanda Rusiyaya qarşı vahid mövqedən çıxış etməkdir”, - deyə Kosta vurğulayıb.

 

​Məlumata görə, Avropa rəsmiləri arasında Rusiya ilə dialoqun bərpası meyilləri güclənməkdədir. Lüksemburqdan olan Avropa Parlamentinin üzvü Fernan Kartheiser həmkarlarını Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumuna (SPIEF) dəvət edərək, dialoqun zəruriliyini başa düşmək üçün bu platformanın vacibliyini qeyd edib. Avropa liderlərinin bu mövqe dəyişikliyi həm də Vaşinqtonun münaqişənin həlli ilə bağlı atdığı addımlardan irəli gələn yeni reallıqlarla əlaqələndirilir.

 

Aysel Şirinova