Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home turizm Xudatda mağazadan 23 min manatlıq oğurluq olub
turizm

Xudatda mağazadan 23 min manatlıq oğurluq olub

08-05-2026 11:00 16 Views
IMG

Xudat şəhərində yerləşən mağazada 23 min manatlıq oğurluq olub.

 

Bu barədə Tvit.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

 

Bildirilib ki, mağazadan oğurluq etməkdə şübhəli bilinən Elman İmanov və Elçin Məhərrəmov saxlanılıblar. Onlar obyektdən ümumi dəyəri 23 min manat olan 14 ədəd televizor, 3 ədəd noutbuk və 3 ədəd kondisioner talayıblar.

 

Müəyyən edilib ki, saxlanılan şəxslərdən biri əvvəllər həmin mağazada çalışıb.

 

Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə hər iki şəxs barəsində həbs qətimkan tədbiri seçilib.