Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home sosial Azərbaycanda bəzi dövlət qurumlarının qarşısında yeni tələblər qoyulur
sosial

Azərbaycanda bəzi dövlət qurumlarının qarşısında yeni tələblər qoyulur

24-06-2026 10:00 22 Views
IMG

Azərbaycanda bəzi dövlət qurumlarının qarşısında yeni tələblər qoyulur.

 

Tvit.az-ın məlumatına görə, sözügedən məsələ Milli Məclisin İnsan hüquqları komitəsinin bugünkü iclasında müzakirə çıxarılan "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" Qanuna təklif edilən dəyişiklik layihəsində əksini tapıb.

 

Layihədə qeyd olunur ki, ali kateqoriya dövlət orqanları, habelə mühafizə olunan şəxslərin, qorunan və strateji obyektlərin təhlükəsizliyini təmin edən dövlət orqanları, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri, eləcə də Azərbaycan Mərkəzi Bankı (AMB) istisna olmaqla, dövlət qurumları tərəfindən hər növbəti il ərzində həyata keçirilməsi nəzərdə tutulan rəqəmsal inkişaf üzrə layihələrə dair təkliflər, tələb olunan maliyyə vəsatinin məbləği və maliyyələşdirmə mənbəyi qeyd edilməklə, cari il yanvarın 20-dək müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana təqdim edilir.

 

Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan həmin təkliflərə 2 ay müddətində baxaraq texniki və səmərəlilik baxımından məqsədəuyğunluq haqqında rəyini aidiyyəti dövlət qurumuna təqdim edəcək.

 

Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan dövlət investisiyası çərçivəsində həyata keçirilən rəqəmsal inkişaf üzrə layihələrə dair müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) rəyini alacaq. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum rəy alınması üçün müraciətə 14 iş günü müddətində baxmalı və cavablandırmalıdır. Bu müddət ərzində müraciət cavablandırılmadıqda, rəy müsbət hesab olunur.

 

Dövlət proqramlarında, strategiyalarda, milli fəaliyyət planlarında, konsepsiyalarda və bu kimi digər sənədlərdə nəzərdə tutulan strateji hədəflərə və məqsədlərə, ölkənin rəqəmsal inkişaf üzrə vahid arxitekturasına uyğun olmayan, dövlət investisiyası çərçivəsində maliyyələşdirilməsi nəzərdə tutulmayan, habelə təkrar (dublikat) layihələrə müsbət rəy verilmir. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan özünün və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun müsbət rəy verdiyi layihələrə dair sənədləri həmin rəylə birlikdə cari il aprelin 1-dək müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana təqdim edir.

 

Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan qeyd edilən sənədləri aldığı vaxtdan 2 ay müddətində maliyyə ekspertizasını apararaq rəyini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi quruma və aidiyyəti dövlət orqanına təqdim edir.

 

Rəylər müsbət olduqda aidiyyəti dövlət orqanı rəqəmsal inkişaf üzrə layihələrin maliyyələşdirilməsi üzrə təkliflərini "Büdcə sistemi haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq cari il iyulun 1-dək müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi quruma təqdim edir.

 

Nəzərdə tutulan layihələrin maliyyələşdirilməsi üçün vəsaitin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan tərəfindən aidiyyəti dövlət qurumuna hər bir layihə üzrə ayrılması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumla razılaşdırılmaqla həyata keçirilir.

 

Rəqəmsal inkişaf üzrə layihələrin maliyyələşdirilməsi üzrə dövlət qurumları tərəfindən təkliflərin, eləcə də həmin təkliflərə dair qeyd edilən rəylərin verilməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın informasiya sistemi üzərindən həyata keçirilir.