Tehran yalnız İran-Amerika memorandumunun bir neçə bəndi yerinə yetirildikdən sonra Vaşinqtonla yekun razılaşma üzrə danışıqlara başlayacaq.
Tvit.az xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmail Bəqai bildirib.
“ABŞ ilə görüşün bir məqsədi olmalı və zəruri olmalıdır. Əgər söhbət yekun razılaşma üzrə danışıqlara başlamaqdan gedirsə, bu, anlaşma memorandumunun 1, 5, 10 və 11-ci bəndlərinin həyata keçirilməsi ilə şərtlənir. Yaxın günlərdə mövcud prosesi qiymətləndirməli və yekun razılaşma üzrə danışıqlara nə vaxt başlayacağımıza qərar verməliyik”, - deyə o, mətbuat konfransında bildirib.
Aysel Şirinova