Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница dünya Niderland səfiri Rusiya Xarici İşlər Nazirliyinə çağırıldı
dünya

Niderland səfiri Rusiya Xarici İşlər Nazirliyinə çağırıldı

04-03-2026 21:00 184 Просмотров
IMG

Niderlandın Moskvadakı səfiri Joanneke Balfort Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb.

 

Tvit.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

 

"Hollandiya diplomatik missiyasının rəhbəri, Haaqanın 1961-ci il Vyana Diplomatik Münasibətlər Konvensiyası çərçivəsində diplomatik missiyanın normal fəaliyyəti üçün lazımi şəraitin təmin olunması ilə bağlı beynəlxalq öhdəliklərini kobud şəkildə pozmasına ciddi etiraz edib. Xüsusilə, fevralın 24-də Haaqadakı Rusiya səfirliyinin binasının qarşısında, Niderland hakimiyyətinin razılığı və krallığın hüquq-mühafizə orqanlarının nümayəndələrinin tam fəaliyyətsizliyi ilə anti-Rusiya mitinqi keçirilib və bu, diplomatik missiyamızın işini əngəlləyib,"- deyə nazirlik bildirib.

 

 

.