Bu gün Pakistanın Baş naziri Şahbaz Şərif İsveçrədə keçirilən İran və ABŞ arasında danışıqların ilk mərhələsinin uğurla yekunlaşdığını açıqlayıb.
Tvit.az xəbər verir ki, bu barədə Şərif X hesabında paylaşım edərək bildirib.
“İslamabad Memorandumu çərçivəsində yaradılan Ali Komitənin ilk iclası konstruktiv atmosferdə keçib və tərəflər arasında mühüm razılaşmalar əldə olunub”,- deyə Şərif vurğulayıb.
Bundan əlavə, danışıqlar prosesinə siyasi nəzarətin təmin edilməsi və texniki məsləhətləşmələrin koordinasiyası üçün Ali Komitənin yaradılması barədə razılıq əldə edilib.
Elmin Alışov