Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница sosial Müsadirə olunmuş narkotik vasitələr məhv edildi
sosial

Müsadirə olunmuş narkotik vasitələr məhv edildi

30-06-2026 15:00 48 Просмотров
IMG

Qusar rayonunda barəsində məhvetmə qərarı qəbul edilmiş 11 məhkəmə hökmü üzrə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının yandırılma yolu ilə məhv edilməsi həyata keçirilib.

Bu barədə "Tvit.az"a Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupundan məlumat verilib.

Bildirilib ki, proses İşçi Qrupu və qanunsuz dövriyyədən çıxarılmış və ya müsadirə edilmiş az və xeyli miqdarlarda olan narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhv edilməsi üzrə Qusar rayonunda komissiyası tərəfindən aparılıb.

Məhvetmə prosesi Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun əməkdaşının iştirakı ilə həyata keçirilib və videoçəkilişi aparılaraq müvafiq məlumat daşıyıcısı ilə birlikdə aktlara əlavə edilib.