Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ dünya NATO ölkəsi Rusiya ilə sərhəddə yeni briqada yaradır
dünya

NATO ölkəsi Rusiya ilə sərhəddə yeni briqada yaradır

21-08-2025 19:00 148 Baxış
IMG

Norveç hökuməti Rusiya ilə həmsərhəd Finmark bölgəsində yeni hərbi briqada yaradıb.

Tvit.az xəbər verir ki, bu barədə krallığın Müdafiə Nazirliyi məlumat yayıb.

"Finmarka briqadasının yaradılması dünyada getdikcə qeyri-müəyyənləşən təhlükəsizlik vəziyyətinə cavab olaraq zəruri tədbirdir. Məqsəd bizə yaxşılıq istəməyənlərin qarşısını almaqdır", - ölkənin müdafiə naziri Tore Sandvik bildirib.

 Bəyanatda qeyd olunub ki, Finnmark Norveçdə 1982-ci ildən yaradılan ilk briqadadır. Krallığın ordusunda hazırda iki briqada var, üçüncü briqadanın isə yaxın gələcəkdə yaradılması planlaşdırılır.

Aysel Şirinova