Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ hadisə Daha bir yeniyetmə kanalda boğuldu
hadisə

Daha bir yeniyetmə kanalda boğuldu

07-08-2026 20:00 20 Baxış
IMG

Beyləqan rayonunda 15 yaşlı yeniyetmə su kanalında boğularaq ölüb.

"Tvit.az" "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə rayonun Bünyatlı kəndi ərazisində qeydə alınıb.

Hadisə zamanı Gödəklər kənd sakini, 2011-ci il təvəllüdlü Əmrahlı Murad Ramil oğlu kanalda çimərkən boğulub.

Yeniyetmənin meyiti kənd sakinləri tərəfindən sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.