Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница turizm Daha bir yeniyetmə kanalda boğuldu
turizm

Daha bir yeniyetmə kanalda boğuldu

07-08-2026 20:00 16 Просмотров
IMG

Beyləqan rayonunda 15 yaşlı yeniyetmə su kanalında boğularaq ölüb.

"Tvit.az" "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə rayonun Bünyatlı kəndi ərazisində qeydə alınıb.

Hadisə zamanı Gödəklər kənd sakini, 2011-ci il təvəllüdlü Əmrahlı Murad Ramil oğlu kanalda çimərkən boğulub.

Yeniyetmənin meyiti kənd sakinləri tərəfindən sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.