Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница iqtisadiyyat Dövlət Mühafizə Xidməti iki şirkətdən geyimlər alır
iqtisadiyyat

Dövlət Mühafizə Xidməti iki şirkətdən geyimlər alır

06-08-2026 22:00 26 Просмотров
IMG

Azərbaycan Respublikası Dövlət Mühafizə Xidməti xüsusi iş geyimləri və hərbi trikotaj geyimlərin satın alınması ilə bağlı keçirdiyi iki satınalma müsabiqəsini yekunlaşdırıb.

 

Tvit.az xəbər verir ki, xüsusi iş geyimlərinin satın alınması üzrə keçirilən tenderin qalibi "Günteks" MMC olub. Şirkətlə 20 min 337,30 manat məbləğində satınalma müqaviləsi bağlanıb. 

 

Hərbi trikotaj geyimlərin satın alınması üzrə keçirilən digər tenderin qalibi isə "BLACK Rams Uniform" MMC seçilib. Bu satınalma üzrə müqavilənin dəyəri 48 175,86 manat təşkil edir. 

 

Beləliklə, hər iki satınalma üzrə Dövlət Mühafizə Xidməti ümumilikdə 68 513,16 manat dəyərində xüsusi və hərbi təyinatlı geyimlərin alınmasını həyata keçirəcək.

 

Aysel Şirinova