Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница iqtisadiyyat Notariusdakı əməliyyatlar barədə məlumatlar - Vergi Xidmətinə ötürüləcək
iqtisadiyyat

Notariusdakı əməliyyatlar barədə məlumatlar - Vergi Xidmətinə ötürüləcək

03-08-2026 18:00 30 Просмотров
IMG

Nazirlər Kabineti "Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat"da dəyişiklik edib.

 

Tvit.az xəbər verir ki, bununla bağlı baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

 

Qərara əsasən, notariusdakı bəzi əməliyyatlar barədə məlumatlar vergi qurumlarına ötürüləcək. 

 

Söhbət "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" qanununa uyğun olaraq kommersiya hüquqi şəxsləri üzrə nizamnamə kapitalındakı payın satışı və ya bağışlanması haqda müqavilələr, nizamnamə kapitalındakı payın vərəsəlik qaydasında digər şəxsə keçməsi, nizamnamə kapitalındakı payın yüklü edilməsi kimi əməliyyatlardan gedir.

 

Eləcə də təsisçisi və qanuni təmsilçisi eyni şəxs olan kommersiya hüquqi şəxsin təsisçisi öldükdə notariat orqanı tərəfindən mirasın qorunması üçün tədbirlər çərçivəsində əmlak idarəçisinin təyin olunması ilə əlaqədar məlumatlar da Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə real vaxt rejimində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə ötürüləcək.