Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница sosial Generalın qızına qarşı dələduzluq iddiası - ASAN Xidmət Mərkəzindən şikayət (FOTO)
sosial

Generalın qızına qarşı dələduzluq iddiası - ASAN Xidmət Mərkəzindən şikayət (FOTO)

03-08-2026 23:00 22 Просмотров
IMG

Sumqayıtda yerləşən 1 saylı ASAN Xidmət Mərkəzində Müdafiə Nazirliyi Tibb Baş İdarəsinin keçmiş rəisi, general-mayor Natiq Əliyevin qızı Türkər Əliyevaya qarşı dələduzluq edildiyi iddia olunur.

 

Tvit.az xəbər verir ki, bu barədə "Unikal"a zərərçəkmiş olduğunu bildirən, eyni zamanda mediator kimi fəaliyyət göstərən Türkər Əliyeva məlumat verib.

 

Onun sözlərinə görə, 4 iyul 2026-cı il tarixində onun iştirakı və xəbəri olmadan mərkəzdə adına sənədlər rəsmiləşdirilib və imza atılıb.

 

Şikayətçi iddia edir ki, qanunsuz əməl Daşınmaz Əmlakın Qeydiyyatı Şöbəsində çalışan Bünyamin adlı əməkdaş tərəfindən törədilib. Bildirilib ki, daha sonra Türkər Əliyeva məsələ ilə bağlı 1 saylı ASAN Xidmət Mərkəzinə müraciət edərək hadisənin hansı əsaslarla baş verdiyini araşdırmağa çalışıb.

 

Türkər Əliyevanın sözlərinə görə, sözügedən əməkdaş qanunsuz hərəkət etdiyini etiraf edib və bunun müqabilində 15 min manat pul aldığını bildirib.

 

Şikayətçi qeyd edib ki, baş verən hadisə ilə bağlı Sumqayıt 1 saylı ASAN Xidmət Mərkəzinin rəhbəri Kəmalə Rəhimovadan, eləcə də Baş prokuror Kamran Əliyevə, daxili işlər naziri Vilayət Eyvazova və digər hüquq-mühafizə orqanlarına şikayət ərizəsi təqdim edib.

 

Qeyd edək ki, xəbərdə yer alan iddialar şikayətçi Türkər Əliyevanın mövqeyini əks etdirir. Qarşı tərəfin mövqeyi təqdim olunacağı təqdirdə dərc etməyə hazırıq.