Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница dünya ABŞ: İsrail-Livan danışıqlarının son raundu səmərəli keçib
dünya

ABŞ: İsrail-Livan danışıqlarının son raundu səmərəli keçib

06-08-2026 22:00 19 Просмотров
IMG

ABŞ Dövlət Departamentinin sözçüsü Tommi Piqott bildirib ki, İtaliyanın paytaxtı Romada İsrail və Livan nümayəndələri arasında keçirilən texniki səviyyəli danışıqlar səmərəli nəticə verib.

 

Tvit.az bu barədə "Əl-Cəzirə"yə istinadən xəbər verir. 

 

Onun sözlərinə görə, tərəflər pilot zonalar üzrə prosesin irəlilədilməsi və genişləndirilməsi ilə bağlı razılığa əvvəlkindən daha yaxındırlar.

 

Roma görüşü İsrail və Livan arasında keçirilən birbaşa danışıqların yeddinci raundu olub və tərəflər arasında dialoqun davam etdirilməsi istiqamətində növbəti addım kimi qiymətləndirilir.

 

Aysel Şirinova