Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ sosial İkinci əl avtomobil alarkən bu amillərə diqqət EDİLMƏLİDİR
sosial

İkinci əl avtomobil alarkən bu amillərə diqqət EDİLMƏLİDİR

05-09-2025 12:00 191 Baxış
IMG

İkinci əl avtomobilin əldə olunması zamanı diqqətli yanaşma xüsusi əhəmiyyət kəsb edir. Belə ki, istifadə olunmuş nəqliyyat vasitəsinin həm texniki, həm də hüquqi baxımdan düzgün qiymətləndirilməsi alıcını gələcəkdə yarana biləcək risklərdən qoruyur.

Maraqlıdır, ikinci əl avtomobil alarkən hansı məqamlara diqqət edilməlidir?

Avtobloqer Bəhruz Güləli Tvit.az-a açıqlamasında bildirib ki, doğru seçim etmək üçün avtomobilin texniki göstəricilərini yoxlamaq vacibdir.

“Avtomobilin istifadə etdiyi yanacaq, yəni həmin avtomobil 95 oktanlı yanacaqla istifadə üçün nəzərdə tutulubsa və sizin 92 oktanlı yanacaq istifadə etməyə gücünüz çatırsa birinci avtomobildən uzaq durun. İkinci məsələ ondan ibarətdir ki, əlinizdə olan məbləği avtomobilə verməyin. Yəni sizin 20 min manatlıq büdcəniz varsa, siz maksimum 17 min manatlıq avtomobillər arasındakı modellərdən seçim edin. Çünki ikinci əl avtomobil hər zaman bir sürpriz xərclə sizin qarşınızda dura bilər. Üçüncü məsələ, almaq istədiyiniz avtomobilin yanacaq sərfiyyatı və ehtiyyat hissələrinin qiyməti haqqında əvvəlcədən məlumat toplayın. Aylıq gəlirinizə uyğun avtomobil seçin və aldığınız avtomobili dəqiq yoxladın. “Qohumumdan alıram, o məni aldatmaz”,-deyə düşünməyin. Çünki həmin qohumunuz belə avtomobilinin hansı xərcləri olduğundan məlumatsız ola bilər”.

Bəhruz Güləli (@bahruz_gulali) • Instagram photos and videos

Bəhruz Güləlinin sözlərinə görə, bir məsələ də ondan ibarətdir ki, almaq istədiyiniz avtomobili elan saytında ucuz görüb, sevincəyə düşüb almayın. Yəni, eyni bir modeli hər kəs 22 min manat civarında qoyubsa və saytda 17 min manata həmin avtomobildən tapırıqsa, deməli burada başqa problem var ki, avtomobil ucuz qoyulub. Çünki heç kim öz məhsulunu dəyərindən ucuz satmaz.

Elmin Alışov