Türkiyə xarici işlər naziri Hakan Fidan 11-12 sentyabr tarixlərində İtaliyada işgüzar səfərdə olacaq.
Tvit.az bu barədə Türkiyə mətbuatına istinadən xəbər verir.
Səfər zamanı nazir xarici işlər naziri Antonio Tajani ilə görüşəcək.
Səfər çərçivəsində Hakan Fidan “İstituto Affari Internazionali” analitik mərkəzində çıxış edəcək.
Elmin Alışov