Rusiya XİN-i Yaponiyanın səfirliyindən “Yapon mərkəzlərinin” ləğvi barədə əvvəlcədən bildiriş alıb.
Tvit.az xəbər verir ki, bu barədə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova danışıb.
Diplomatın sözlərinə görə, Tokionun Rusiyada “Yapon mərkəzlərini” bağlamaq qərarı məntiqli görünür, çünki onların məqsədləri bugünkü reallığa uyğun deyil.
O əlavə edib ki, hüquq-mühafizə orqanlarının Rusiyadakı “Yapon mərkəzləri”ndə apardıqları yoxlamalar xeyli sayda qanun pozuntusu aşkarlayıb.
Aysel Şirinova