Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ dünya NATO əməliyyata başladı
dünya

NATO əməliyyata başladı

12-09-2025 20:00 14 Baxış
IMG

Şimali Atlantika Alyansı Polşa hava məkanının pilotsuz uçuş aparatı tərəfindən pozulması insidentindən sonra alyansın şərq cinahındakı mövqelərini gücləndirmək məqsədilə “Şərq Nəzarətçisi” əməliyyatına başlayır.

Tvit.az xəbər verir ki, bu barədə NATO-nun baş katibi Mark Ryutte məlumat verib.

“Bu gün mən və NATO-nun Avropadakı Birləşmiş Silahlı Qüvvələrinin Ali Baş Komandanı general Aleksus Grinkyeviç burada ‘Şərq Nəzarətçisi’ əməliyyatının başlanmasını elan etmək üçün iştirak edirik. Məqsədimiz şərq cinahındakı mövqelərimizi möhkəmləndirməkdir”, – deyə o, Brüsseldə keçirilən mətbuat konfransında bildirib.

Alyansın baş katibi əməliyaytda Danimarka, Fransa, Böyük Britaniya və Almaniyanın iştirak edəcəyini bildirib.

Qeyd edilib ki, “Şərq Nəzarətçisi” əməliyyatı hava və quru müdafiəsi elementlərini əhatə edəcək. 

Aysel Şirinova