Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ dünya İranda ard-arda zəlzələlər baş verdi
dünya

İranda ard-arda zəlzələlər baş verdi

16-09-2025 11:00 14 Baxış
IMG

Bu gün İranın Buşehr əyalətinin Əsəluye şəhərində bir neçə zəlzələ baş verib. 


Tvit.az bu barədə İran mediasına istinadən xəbər verir.

Məlumata görə, ilk zəlzələ 27 kilometr dərinlikdə 4,1 bal gücündə qeydə alınıb.


Bundan 7 dəqiqə sonra bölgədə 3,7 bal gücündə ikinci təkan baş verib. Daha sonra isə 2,9 bal gücündə üçüncü zəlzələ müşahidə olunub.


Elmin Alışov