Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ sosial Culfada elektrik enerjisinin verilişində məhdudiyyətlər olacaq
sosial

Culfada elektrik enerjisinin verilişində məhdudiyyətlər olacaq

16-09-2025 20:00 14 Baxış
IMG

Culfada elektrik enerjisinin verilişində məhdudiyyətlər olacaq.

 

Tvit.az xəbər verir ki, "Azərişıq" ASC-nin Naxçıvan RETSİ tərəfindən 2025-2026-cı illər payız-qış mövsümünə hazırlıq çərçivəsində təsdiqlənmiş tədbirlər planına uyğun olaraq aparılacaq təmir-bərpa işləri səbəbindən Çeşməbasar yarımstansiyasından qidalanan 35 kV-luq Əbrəqunus hava xəttində təmir işləri görüləcək. Bu səbəbdən 35/10 kV-luq Əbrəqunus yarımstansiyasında gərginlik olmayacaq. 

Bununla əlaqədar sentyabrın 17-də, saat 10:00-dan 13:00-dək Camaldın, Bənəniyar, Saltaq, Göydərə, Əlincə, Xanəgah, Xoşkeşin, Gal, Şurut, Milax, Qazançı, Boyəhməd və Ləkətağ kəndlərinin elektrik təchizatında fasilələr olacaq. 

Qeyd olunub ki, enerji təchizatı sistemlərinin gücləndirilməsi və texniki baxışların həyata keçirilməsi çərçivəsində müxtəlif ünvanlarda mərhələli təmir işləri davam etdiriləcək