Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ sosial Müəllimlərin diqqətinə!
sosial

Müəllimlərin diqqətinə!

17-09-2025 20:00 20 Baxış
IMG

Müəllimlərin sertifikatlaşdırılması prosesinin müsahibə mərhələsinin keçiriləcəyi tarix və məkan barədə məlumatlar müəllimlərin şəxsi kabinetlərinə göndərilib.

 

Tvit.az xəbər verir ki, bu barədə Təhsil İnstitutunun nəzdində İnsan Resursları Mərkəzindən məlumat verilib.


Vurğulanıb ki, müəllimlər bu platformada yerləşən "Sertifikatlaşdırma" bölməsinə daxil olmaqla müsahibə məlumatları ilə tanış ola bilərlər.

 

Bildirilib ki, müsahibə mərhələsi barədə məlumatlar müəllimlərin şəxsi kabinetlərinə hissə-hissə göndərilir.

 

Qeyd edək ki, test imtahanlarında keçid balını toplayan şəxslərin əməkhaqqına 10 %, 51 bal və daha yüksək nəticə əldə etmiş şəxslərin əməkhaqqına isə 35 % əlavə veriləcək. Əlavələr müsahibə mərhələsində uğur qazanan müəllimlərin əməkhaqqına tətbiq olunacaq.