Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ dünya Dünyada nüvə endirmək imkanına malik 15 ölkə var
dünya

Dünyada nüvə endirmək imkanına malik 15 ölkə var

18-09-2025 12:00 8 Baxış
IMG

Dünyada guya nüvə zərbəsi endirmək imkanına malik 15 ölkə var.

Tvit.az xəbər verir ki, bu barədə qərb jurnalı Military Watch Magazine (MWM) məlumat yayıb.

“Baxmayaraq ki, Nüvə Silahlarının Yayılmaması Müqaviləsi nüvə silahına sahib olmağı yalnız beş ölkə ilə – ABŞ, Çin, Rusiya, Fransa və Böyük Britaniya ilə məhdudlaşdırır, ümumilikdə 15 ölkə bu gün ən azı məhdud şəkildə də olsa nüvə zərbəsi endirmək üçün tanınmış potensiala malikdir", - nəşrdə qeyd olunub.

MWM ölkələri, həmçinin nüvə gücünə görə dörd qrupa ayırıb. Birinci qrupa ABŞ, Rusiya və Çin – tamhüquqlu nüvə triadasına sahib, ikinci qrupa Şimali Koreya, Hindistan, Pakistan və İsrail – Nüvə Silahlarının Yayılmaması Müqaviləsindən kənarda öz nüvə raketlərini hazırlamış ölkələr daxildir.

Jurnal üçüncü qrupa nüvə ballistik raketləri ilə təchiz olunmuş sualtı qayıqlara malik Böyük Britaniya və Fransanı daxil edib. Dördüncü qrupa isə Almaniya, Niderland, Türkiyə, Belçika, İtaliya və Belarusiya aid edilib – bu dövlətlərə nüvə silahı onların müttəfiqləri tərəfindən verilib.

Aysel Şirinova