Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ sosial Bakıda iki məktəbin bir direktoru var
sosial

Bakıda iki məktəbin bir direktoru var

19-09-2025 20:00 16 Baxış
IMG

Bakıda yerləşən Arif Hüseynzadə adına 20 nömrəli məktəb-liseyə direktor əvəzi təyin edilib.

 

Tvit.az Qaynarinfo.az-a istinadən xəbər verir ki, Yasəmən Kamil qızı Əliyeva 20 nömrəli məktəb-liseyə direktor əvəzi gətirilib.

 

Yasəmən Əliyeva uzun illərdir sözügedən məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsində çalışır. O, həmçinin xeyli müddətdir ki, 60 nömrəli tam orta ümumtəhsil məktəbinin direktor vəzifəsini müvəqqəti icra edir.

 

Qeyd edək ki, 20 nömrəli məktəb-liseyin direktoru Esmira Azər qızı Ağayeva vəzifəsindən azad edilərək, 158 nömrəli tam orta məktəbin direktoru təyin olunub.