Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ hadisə Tülin Ələkbərova və tələbəsi ilə bağlı qərar verildi
hadisə

Tülin Ələkbərova və tələbəsi ilə bağlı qərar verildi

16-12-2025 16:00 19 Baxış
IMG
Kikboksçu Tülin Ələkbərova və tələbəsi Abbas Rəhimlinin barələrində qətimkan tədbiri seçilməsi ilə bağlı qərardan verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.
 
Oxu.Az-ın məlumatına görə, Sumqayıt Apellyasiya Məhkəməsinin hakimi Elçin Məmmədovun sədrliyi ilə keçirilən iclasda təqsirləndirilənlərin şikayətinə baxılaraq onlar barədə verilmiş həbs qətimkan tədbiri qüvvədə saxlanılıb.
 
Qeyd edək ki, idmançılar Abşeron rayonu ərazisində törədilmiş quldurluqda təqsirləndirilirlər. Onlar dekabrın 4-də 2004-cü il təvəllüdlü şəxsə kəsici alətlə xəsarət yetirməkdə, onun 110 manat pulunu ələ keçirərək quldurluq etməkdə ittiham olunurlar.