Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ digər Avqustun ən güclü Android telefonları açıqlandı
digər

Avqustun ən güclü Android telefonları açıqlandı

04-08-2026 20:00 22 Baxış
IMG

AnTuTu platforması 2026-cı ilin avqust ayı üçün ən yüksək performans göstərən Android smartfonlarının yeni reytinqini açıqlayıb. Siyahı cihazların performans testlərinin nəticələri əsasında hazırlanıb.

 

Tvit.az şirkətin məlumatına istinadən xəbər verir ki, reytinqə Red Magic 11 Pro başçılıq edir. Onu OPPO Find X9 Ultra və iQOO 15 modelləri izləyir.

 

İlk beşlikdə həmçinin Poco F8 Ultra və OnePlus 15 yer alıb.

 

İlk onluğu Xiaomi 17 Ultra, Samsung Galaxy S26 Ultra, vivo X300 Pro, OPPO Find X9 Pro və Xiaomi 17 tamamlayır.

 

Beləliklə, AnTuTu-nun avqust reytinqində Red Magic, OPPO, iQOO, Poco, OnePlus, Xiaomi, Samsung və vivo brendlərinin flaqman modelləri üstünlük təşkil edir. Qeyd edək ki, reytinq sintetik performans testlərinin nəticələrinə əsaslanır və gündəlik istifadə təcrübəsini tam əks etdirməyə bilər.

 

Aysel Şirinova