Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ sosial Sabah bu ərazilərdə qaz olmayacaq
sosial

Sabah bu ərazilərdə qaz olmayacaq

04-08-2026 15:00 25 Baxış
IMG

Sabah ölkənin bir sıra rayonlarının qaz təchizatında fasilə yaranacaq.

 

Tvit.az xəbər verir ki, bu barədə "Azəriqaz" məlumat yayıb.

 

Məlumata görə, “Qaz İxrac” İdarəsinə məxsus yüksək təzyiqli magistral qaz kəmərlərində yeni çəkilmiş hissələrin mövcud kəmərlərə qoşulması ilə bağlı 05.08.2026-cı il tarixində saat 18:00-dan 20.08.2026-cı il tarixində işlər başa çatanadək Samux rayonunun Qaraağaclı və Qaraarx qəsəbələrinin, Yenikənd, Köbər, Qədili, Seyidlər, Sarıqamış kəndlərinin, Şəmkir rayonunun Kür və Səməd Vurğun qəsəbələrinin, Mahmudlu, Keçili, Yeniabad, Çaparlı, Bayramlı kəndlərinin, Qazax rayonunun Birinci Şıxlı, İkinci Şıxlı, Qaymaqlı, Kəmərli, Aslanbəyli, Yuxarı Salahlı kəndlərinin qaz təchizatının dayandırılması, işlər başa çatdıqdan sonra qaz təchizatının texnoloji rejimlərə uyğun bərpa olunması planlaşdırılır.