Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ sosial “ Nizami" və "28 May" arasında avtobuslar ödənişli olacaq?
sosial

“ Nizami" və "28 May" arasında avtobuslar ödənişli olacaq?

04-08-2026 14:00 19 Baxış
IMG

Avqustun 15-dən "Nizami" və "28 May" stansiyaları arasında fəaliyyət göstərəcək əlavə avtobuslar ödənişli olacaq.

 

Tvit.az xəbər verir ki, bu barədə açıqlamasında "Bakı Metropoliteni" QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov bildirib.

 

Onun sözlərinə görə, avtobuslar arasında interval 2 dəqiqə 30 saniyə olacaq.

 

Xatırladaq ki, gələn həftənin sonunda metronun Qırmızı və Yaşıl xətlərin ayrılması layihəsinin əsas tikinti mərhələsinə start veriləcək. Bu müddət ərzində "Dərnəgül" istiqamətindən hərəkət edən qatarlar "Nizami" stansiyasına qədər hərəkət edəcək və oradan geri qayıdacaq.