Qəzza zolağında təxminən 400 fələstinli İsrail ordusunun 10 oktyabr 2025-ci ildə qüvvəyə minmiş atəşkəsi pozması nəticəsində öldürülüb.
Tvit.az xəbər verir ki, bunu Fələstin hərəkatı Həmasın politbürosunun üzvü Qazi Hamad bildirib.
"Atəşkəs qüvvəyə minəndən bəri təxminən 400 nəfər ölüb. Ölənlərin 95%-dən çoxunun mülki şəxslər olduğunu izah etmək vacibdir," - deyə o, qeyd edib.
Onun sözlərinə görə, Qəzza hakimiyyəti İsrail tərəfinin əldə etdiyi razılaşmaların pozulması ilə bağlı təxminən 813 hadisə qeydə alıb.
Aysel Şirinova