Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ dünya İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı
dünya

İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı

17-12-2025 11:00 13 Baxış
IMG

İrandan Azərbaycana 24 kiloqramdan çox narkotikin keçirilməsinin qarşısı alınıb.

"Tvit.az"ın məlumatına görə, bu barədə Dövlət Sərhəd Xidməti və Dövlət Gömrük Komitəsinin birgə məlumatında bildirilib.

Məlumata görə, Dövlət Sərhəd Xidməti və Dövlət Gömrük Komitəsinin əməkdaşları tərəfindən Sərhəd Qoşunları Komandanlığının "Horadiz" sərhəd dəstəsinin xidməti ərazisində keçirilən sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində 24 kiloqram 115 qram narkotik vasitənin İrandan Azərbaycana keçirilməsinin qarşısı alınıb.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.