Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ dünya Türkiyə S-400-ü qaytarmaq istəyir - Bloomberg
dünya

Türkiyə S-400-ü qaytarmaq istəyir - Bloomberg

17-12-2025 20:00 24 Baxış
IMG

Türkiyə ABŞ-la münasibətləri yaxşılaşdırmaq və yenidən F-35 döyüş təyyarələrini əldə etmək məqsədilə Rusiyaya S-400 zenit-raket kompleksini (ZRK) qaytarmaq istəyir.

Tvit.az xəbər verir ki, bu barədə Bloomberg mənbələrə istinadla məlumat yayıb.

“ABŞ prezidenti Donald] Trampın yaxın müttəfiqi və Türkiyədəki səfir Tom Barrak bildirib ki, Ankara S-400-dən imtina etməyə yaxınlaşır və bu məsələnin 4–6 ay ərzində həll olunacağını proqnozlaşdırıb,” – məqalədə qeyd olunur.

Mənbələrin bildirib ki, belə bir addım Türkiyənin ABŞ-la münasibətlərinin yaxşılaşmasına kömək edə bilər, Türkiyə müdafiə sənayesinə qarşı tətbiq olunan ABŞ sanksiyalarının ləğv olunmasına və F-35-lərə çıxış əldə edilməsinə yol açar.