Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ sosial "Avroviziya-2026"da tamaşaçılar üçün qaydalar dəyişdiriləcək
sosial

"Avroviziya-2026"da tamaşaçılar üçün qaydalar dəyişdiriləcək

17-12-2025 20:00 36 Baxış
IMG

Vyanada keçiriləcək "Avroviziya-2026" mahnı müsabiqəsi tamaşaçılar üçün yenilənmiş qaydalarla baş tutacaq.

 

Tvit.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.


Məlumata görə, iştirakçıların çıxışları zamanı tamaşaçılara dünyada mövcud olan bütün rəsmi bayraqları nümayiş etdirməyə icazə veriləcək.

 

"Avroviziya-2026"nın icraçı prodüseri Mixael Kroen bildirib ki, təşkilatçılar auditoriyanın reaksiyalarını gizlətmək və ya bəzəmək niyyətində deyillər. Onun sözlərinə görə, müsabiqənin əsas məqsədi hadisələri olduğu kimi tamaşaçılara təqdim etməkdir.

 

Bundan əlavə, zalda eşidilən fit səsləri və digər reaksiyalar da səssizləşdirilməyəcək.

 

Qeyd edək ki, "Avroviziya-2026" mahnı müsabiqəsi gələn il mayın 12-16-da Avstriyanın paytaxtı Vyanada keçiriləcək.