Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ idman Şahruddin Almaniyada əməliyyat olundu
idman

Şahruddin Almaniyada əməliyyat olundu

18-12-2025 17:00 20 Baxış
IMG

Azərbaycan millisinin və "Qarabağ"ın qapıçısı Şahruddin Məhəmmədəliyev bu gün Almaniyanın Plattlinq şəhərində əməliyyat olunub.

"Tvit.az" xəbər verir ki, bu barədə Azərbaycan millisinin rəsmi Feysbuk səhifəsi məlumat yayıb.

31 yaşlı qolkiper sol bud oynağından uğurlu əməliyyat keçirib.

Futbolçunun əməliyyat və müalicə xərcləri AFFA tərəfindən qarşılanıb.