Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ sosial Diş fırçaları ilə bağlı təhlükə - Rus həkimdən məsləhət
sosial

Diş fırçaları ilə bağlı təhlükə - Rus həkimdən məsləhət

19-12-2025 12:00 22 Baxış
IMG

Bir çox insan diş fırçasını düzgün saxlamır və bu, sağlamlıq üçün təhlükəli nəticələrə səbəb ola bilər. 

Tvit.az xəbər verir ki, bu fikirləri Stomatoloq Canira Sançes deyib.

 

Sançes diş fırçasını qapaqsız saxlamağı tövsiyə edib, çünki qapaq nəmi saxlayır və bununla da müxtəlif bakteriya və göbələklərin çoxalmasına şərait yaradır.

 

O vurğulayıb ki, bir çoxlarının düşündüyü kimi, qapaq fırçanın tükləri üçün qoruyucu vasitə deyil.

Həkim diş fırçasını qapalı şkafda və yalnız şaquli vəziyyətdə saxlamağı təklif edib.

 

"Əgər yenə də qapaqdan istifadə etməyə üstünlük verirsinizsə, bu zaman mütləq havalandırılan (ventilyasiyalı) qapaq seçilməlidir. Lakin bu halda diş fırçasını hər istifadədən sonra bir qədər qurulamaq lazım gələcək ki, tüklərdə nəmin toplanmasının qarşısı alınsın, – deyə Sançes əlavə edib.

 

Aysel Şirinova