Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ dünya İran ordusunun sözçüsü: Silahlı qüvvələr son günlərdə BƏƏ-yə qarşı raket və ya pilotsuz təyyarə əməliyyatları həyata keçirməyib
dünya

İran ordusunun sözçüsü: Silahlı qüvvələr son günlərdə BƏƏ-yə qarşı raket və ya pilotsuz təyyarə əməliyyatları həyata keçirməyib

05-05-2026 22:00 41 Baxış
IMG

Xatəm əl-Ənbiya Mərkəzi Qərargahının sözçüsü İran silahlı qüvvələrinin son günlərdə BƏƏ-yə qarşı heç bir raket və ya pilotsuz təyyarə əməliyyatı keçirmədiyini iddia edib.

 

Tvit.az xarici mediaya istinadən xəbər verir ki, sözçü İbrahim Zülfəqari verdiyi açıqlamada BƏƏ-nin "amerikalılar və sionistlər, onların hərbi qüvvələri və avadanlıqları üçün yuvaya çevrilməməli" olduğunu bildirib.

 

Sözçünün sözlərinə görə, İran BƏƏ tərəfindən "ədalətsiz media hücumlarına, əsassız ittihamlara və təbliğata" məruz qalıb və Körfəz ölkəsi "İslam dünyasının düşmənləri və bölgədəki təhlükəsizliyin əsas səbəbkarı kimi amerikalılar və sionistlər üçün əsas bazalardan birinə" çevrilib.

 

Zülfüqari əlavə edib: "Xəbərdarlıq edirik ki, əgər BƏƏ ərazisindən İran adalarına, limanlarına və ölkəmizin sahillərinə qarşı hər hansı bir tədbir görülərsə, biz sarsıdıcı və təəssüf doğuran cavab verəcəyik".

 

Qeyd edək ki, BƏƏ dünən bildirib ki, İranın öz ərazilərinə hücumlarına cavab vermək hüququnu özündə saxlayır.

 

Aysel Şirinova