Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ digər ​WhatsApp-a status arxivləmə funksiyası gəlir
digər

​WhatsApp-a status arxivləmə funksiyası gəlir

05-05-2026 22:00 37 Baxış
IMG

​WhatsApp istifadəçilər üçün çoxdan gözlənilən yeni xüsusiyyəti sınaqdan keçirir. 

 

Tvit.az xəbər verir ki, artıq paylaşılan statuslar 24 saatdan sonra tamamilə silinməyəcək. Müddəti bitən statuslar avtomatik olaraq xüsusi arxiv qovluğuna köçürüləcək.

 

​Məlumata görə, arxiv bölməsi yalnız istifadəçinin özü üçün əlçatan olacaq; başqaları həmin paylaşımları görə bilməyəcək. İstifadəçilər köhnə statuslarına istənilən vaxt baxa və ya onları yenidən paylaşa biləcəklər.

 

​Hazırda Android beta versiyasında sınaqdan keçirilən bu funksiyanın yaxın gələcəkdə hamı üçün əlçatan olacağı gözlənilir.

 

Aysel Şirinova