Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ dünya Axios: ABŞ və İran müharibəyə son qoya biləcək razılaşmaya yaxınlaşır
dünya

Axios: ABŞ və İran müharibəyə son qoya biləcək razılaşmaya yaxınlaşır

06-05-2026 15:00 24 Baxış
IMG

ABŞ və İran müharibəyə son qoymaq məqsədilə tək səhifəlik razılaşma sənədinə yaxınlaşır. 


Tvit.az bu barədə “Axios” nəşrinə istinadən xəbər verir.


Məlumata əsasən, Vaşinqton Tehrandan qarşıdakı 48 saat ərzində sənədin əsas bəndləri ilə bağlı cavab gözləyir.


Təklif edilən razılaşmaya görə, hər iki tərəfin Hörmüz boğazı ilə bağlı tətbiq etdiyi məhdudiyyətlərin aradan qaldırılması nəzərdə tutulur. Eyni zamanda İranın uranın zənginləşdirilməsini dayandırması, ABŞ-nin isə sanksiyaları yumşaldaraq İranın dondurulmuş maliyyə vəsaitlərini sərbəst buraxması planlaşdırılır.


Elmin Alışov