Türkiyənin Milli Müdafiə Naziri Yaşar Gülər SAHA 2026 müdafiə sənayesi sərgisində Azərbaycan stendini ziyarət edib.
Tvit.az Report-a istinadən xəbər verir ki, nazir Azərbaycan hərbi məhsulları ilə tanış olub. Azərbaycan nümayəndə heyəti ilə görüş keçirib.
Yaşar Gülər azərbaycanlı jurnalistlərə açıqlamasında bildirib ki, Azərbaycan SAHA sərgisə ilbəil daha keyfiyyətli və üstün məhsullar istehsal edir və bu cür sərgilərə qatılır:
"Biz də bundan çox məmnunuq. Bundan sonrada eyni şəkildə daha inkişaf etdirilmiş məhsullarla azərbaycanlı qardaşlarımızı burda gördükcə daha xoşbəxt olacağıq".