Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ sosial 48 il əvvəl çəkilmiş Azərbaycan filmi tapıldı
sosial

48 il əvvəl çəkilmiş Azərbaycan filmi tapıldı

06-05-2026 19:00 28 Baxış
IMG

"Araşdırın!" adlı qısametrajlı bədii film Azərbaycan Dövlət Film Fondunun arxivinə daxil olub.

 

Tvit.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Film Fondunun məlumatında deyilir.

 

Film 1978-ci ildə Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun tədris kinostudiyasında istehsal olunmuşdur. Əməkdar incəsənət xadimləri, kinorejissor Cahangir Mehdiyevlə kinooperator Ələkbər Muradovun tələbə ikən çəkdikləri kurs işidir. Filmin direktoru Nadir Əliyevdir.

 

Ekran əsərinin baş rollarında Fazil Salayev, Leyla Bədirbəyli, Arif Qasımov kimi tanınmış aktyorlar çəkilmişdir. Kurs işi aktyor Fazil Salayevin kinoda son işidir.

 

Film Əməkdar incəsənət xadimi Ələkbər Muradovun oğlu, rejissor Murad Muradov tərəfindən təhvil verilmiş və Azərbaycan Dövlət Film Fondunda rəqəmsallaşdırılıb.

 

Qeyd etmək lazımdır ki, filmin adına bu günədək Azərbaycan kinosu haqqında hazırlanmış heç bir kataloq və siyahıda rast gəlinməyib.